Araz Naxçıvan braziliyalı oyunçu ilə gücləndi

05.08.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan” braziliyalı futzalçı transfer edib.

Fanat.Az xəbər verir ki, ölkə çempionu Aleksanderson Teyşera Barbosa ilə anlaşıb. 

25 yaşlı futzalçı ilə 1 illik müqavilə imzalanıb. O, ötən mövsümü Qazaxıstanın “Jetısu” klubunda keçirib.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alacaq. Avqustun 27-də Şimali İrlandiyanın “Sparta Belfast”, ertəsi gün Şotlandiyanın “PYF Saltires”, avqustun 30-da isə Avstriyanın “Ljuti Krajişniçi” komandaları rəqib olacaq. Bu qrupun oyunları Avstriyada keçiriləcək. Yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью