“Araz Naxçıvan” braziliyalı və rusiyalı oyunçu transfer edib AZƏRTAC

16.01.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 16 yanvar, AZƏRTAC

“Araz-Naxçıvan” futzal komandası heyətini iki oyunçu ilə gücləndirib.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, Naxçıvan klubu braziliyalı Henrike Mateus və rusiyalı Roman Adamovu transfer edib. Onlarla 5 ay + 1 illik müqavilə imzalanıb.

Komanda daha əvvəl Azərbaycan millisində çıxış etmiş Əmir Şocayini heyətinə cəlb edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью