Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.
“Araz-Naxçıvan” 2 yeni futbolçu ilə müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda Qabil Əlizadə və Nihat Mehralievlə 1 illik sözləşmə imzalayıb.
21 yaşlı Nihat Mehraliev hücuma meyilli yarımmüdafiəçidir. Ötən mövsümü “Şamaxı”da keçirən futbolçu Azərbaycanın U-21 millisinin heyətində 2 oyunda meydana çıxıb.
25 yaşlı Qabil Əlizadə də hücuma meyilli yarımmüdafiəçidir. O, “Araz-Naxçıvan”ın əvəzedici heyətində çıxış edib. Daha sonra “Sumqayıt-2”, “Karvan-Yevlax” və “Mingəçevir”in də formasını geyinib.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdulla Rzayev, Abdallah Sudi, Mamadu Kane, Ağadadaş Salyanski, Boyan Letiç, Mustafa Əhmədzadə və Luka Dumançiçlə müqavilə imzalayıb.
AFFA "Futbolda istedadların aşkarlanması və oyunçu seçimi" mövzusunda vebinar təşkil edib AFFA-nın APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000 nəfəri ötüb I Liqa: Mövsümün oyun təqvimi açıqlanıb "Kəpəz"də yeni müqavilə - RƏSMİ “Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək