Araz Naxçıvan da yeni məşqçi təyinatı

22.01.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Araz-Naxçıvan"da yeni məşqçi təyinatı

Baş məşqçi Andrey Demçenkonun istəyi ilə “Araz-Naxçıvan”ın məşqçilər korpusuna yeni mütəxəssis dəvət olunub.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 39 yaşlı Yevgen Pisotski məşqçi kimi komandaya kömək edəcək.

Ukraynalı mütəxəssislə 5 ay + 1 il müddətini əhatə edən müqavilə imzalanıb. 

Qeyd edək ki, məşqçilər korpusunda Y. Pisotskiyə qədər Rikkardo De Vivo, Vadar Nuriyev, Əfran İsmayılov və Cəmaləddin Əliyev yer alırdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью