Araz Naxçıvan əsas mərhələyə vəsiqə qazana biləcəkmi?

30.08.2025

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Araz-Naxçıvan” bu gün futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində son oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, ölkə çempionu F qrupunda meydan sahibi Avstriyanın "Ljuti Krajişniçi" klubu ilə qarşılaşacaq. Aktivində 6 xal olan hər iki komandanın görüşündə "qırmızı-ağlar"ı heç-heçə də qane edəcək.
Xatırladaq ki, əsas mərhələyə ancaq qrup qalibləri vəsiqə qazanacaq.
Qeyd edək ki, "Araz-Naxçıvan" daha əvvəl Şimali İrlandiyanın "Sparta Belfast" klubunu 9:1, Şotlandiya təmsilçisi "PYF Saltires"i isə 7:2 hesabı ilə məğlub edib.
Ljuti Krajişniçi (Avstriya) – Araz-Naxçıvan
Hakimlər: Filipe Duarte (Portuqaliya), Orest Dutsiak (Ukrayna), Aleksandar Vangelov (Bolqarıstan)
30 avqust. Linz. NMS İdman Saray. Saat 21.30.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью