“Araz Naxçıvan” hazırlıq planında dəyişiklik

14.07.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan”ın yoxlama oyunları ilə bağlı planında dəyişiklik edilib.

İdman.biz xəbər verir ki, Premyer Liqanın bürünc medalçısı bu gün daha bir oyun keçirəcək.

“Qırmızı-ağlar” Bakı vaxtı ilə saat 18:30-da Super Liqa təmsilçisi “Konyaspor”la qarşılaşacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan” toplanışı iyulun 17-də “Trabzonspor”la keçirəcəyi oyunla yekunlaşdıracaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью