Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Növbəti mövsüm Premyer Liqada çıxış edəcək "İmişli"nin sabiq çalışdırıcısı Fərid Namazov yeni baş məşqçi təyin olunduğu "Şamaxı-2"-nin heyətini formalaşdırmağa çalışır.
Fanat.Az-ın məlumatına görə, iyulun 15-dən növbəti mövsümün hazırlıqlarına başlayan bölgə klubunun əvəzedici komandası artıq bir yoxlama oyununda qüvvəsini sınayıb.
33 yaşlı mütəxəssisin komandası "Araz-Naxçıvan"ın gəncləri ilə qarşılaşaraq 3:0 hesabı ilə qalib gəlib.
"Şamaxı-2" bazar günü - 27 iyulda növbəti sınağına çıxacaq. Seleksiya xarakterli ikinci oyunda rəqib "Sabah"ın U-19 komandası ilacaq. Matç "ASCO Arena"da baş tutacaq.
Qeyd edək ki, Namazov baş məşqçi postunda Məqsəd Yaqubəliyevi əvəz edib. Onun köməkçiləri ötən mövsüm "Səbail-2"də çalışmış Ramiz Hüseynov və Yaşar Abuzərovdur.
"Şamaxı-2" ötən mövsüm Əvəzedicilər Liqasını sonuncu pillədə başa vurub.
Mirağa
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.