Araz Naxçıvan iki aparıcı futbolçusunu itirdi

12.05.2025

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Araz-Naxçıvan" klubunun futbolçuları Ramon Maçado və İqor Ribeyro cəzalı duruma düşüblər. Sport24.az xəbər verir ki, buna oyunçular ötən gün "Qarabağ"a uduzduqları Misli Premyer Liqasının 34-cü turun oyununda sarı vərəqə almaları səbəb olub.
Maçado cari mövsüm dörd, Ribeyro 8-ci dəfə bu halla üzləşib. Onlar 35-ci turda səfərdə "Şamaxı"ya qarşı keçirəcəkləri matçda meydana çıxa bilməyəcəklər.
Qeyd edək ki, mayın 17-də təşkil olunacaq "Şamaxı" - "Araz-Naxçıvan" görüşü saat 17:00-da start götürəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью