Araz Naxçıvan ilk matçında qələbə qazandı ÇL

30.10.2025

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk matçını keçirib.

Metbuat.az xəbər verir ki, Rumıniyanın "Yunayted Qalati" klubu ilə üz-üzə gələn Naxçıvan təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.

VII qrupun matçı Sala Sporturilor Dunareada baş tutub.

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv qrupda növbəti matçlarını sabah Lüksemburqun "Differdanje 03", noyabrın 1-də isə Niderlandın "Tigers Roermond" komandalarına qarşı keçirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью