Araz Naxçıvan ın ÇL oyunlarının hakimləri

13.10.2025

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldığı 7-ci qrupun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.

QOL.az xəbər verir ki, FİFA referiləri Viktor Şix (Fransa), Vasilika Kiuplea (Uels), Aslan Qalayev (Qazaxıstan), İrmantas Kaprasovas (Litva) oyunlarda ədaləti qoruyacaq.

Miodraq Raduloviç (Monteneqro) UEFA nümayəndəsi, Nebojsa Paniç (Serbiya) və Sebastian Staviçki (Polşa) hakim-inspektor kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Rumıniyada keçiriləcək qrup mərhələsində “Araz-Naxçıvan”ın oyun qrafiki belədir:

29 oktyabr

22:00. "Araz-Naxçıvan" – "Yunayted Qalati" (Rumıniya)

Sala Sporturilor Dunarea

30 oktyabr

19:00. "Araz-Naxçıvan" – "Differdanje 03" (Lüksemburq)

Sala Sporturilor Dunarea

1 noyabr

18:00. "Tigers Roermond" (Niderland) – "Araz-Naxçıvan"

Sala Sporturilor Dunarea

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью