Araz Naxçıvan ın ev oyunlarını keçirəcəyi stadion bilindi PFL rəsmisi açıqladı

25.07.2026

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Araz-Naxçıvan"ın ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib. 

Bunu Fanat.Az-ın sorğusuna cavab olaraq Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov bildirib: 

"Bildiyiniz kimi, bu yöndə "Araz-Naxçıvan" tərəfi ilə mütəmadi təmasda idik. Artıq məsələyə aydınlıq gəlib. Klub Qəbələ şəhər stadionunun xidmətindən yararlanacaq. Bununla bağlı bizə məlumat veriblər və öz növbəmizdə, lazımi prosedurların icrasını həyata keçirəcəyik. Əslində, Qəbələdə əvvəl oxşar təcrübə yaşanıb, yerli komanda ilə yanaşı, "Kəpəz" də həmin stadiondan istifadə edib. Qəbələ stadionunun ot örtüyü ideal vəziyyətdədir və idman qurğusu digər tələblərə də cavab verir". 

Qeyd edək ki, "Araz-Naxçıvan" ötən mövsüm əsasən Mərdəkandakı "Liv Bona Dea Arena"nın xidmətindən yararlanıb. Ancaq hazırda yenidənqurma işləri gedən sözügedən arenanı "Sabah" klubu özününküləşdirib. 

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью