Araz Naxçıvan ın futbolçusu zədələndi

07.08.2025

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

"Araz-Naxçıvan"ın futbolçusu Çarls Boli zədələnib.

BAKU.WS teleqraf-a istinadən xəbər verir ki, şotlandiyalı yarımmüdafiəçi UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dalğa Arena"da "Omoniya" (Kipr) ilə keçirilən oyununun 24-cü dəqiqəsində zədə alıb.

Birbaşa meydanı tərk edərək paltardəyişmə otağına yollanan 26 yaşlı futbolçunu Nuno Rodriqeş əvəzləyib.

Qeyd edək ki, hazırda davam edən qarşılaşmada Kipr təmsilçisi 2:0 hesabı ilə öndədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью