sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Araz-Naxçıvan"ın hücumçusu Sudi Abdallah Burundu millisinə dəvət olunub. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu ölkəsinin sentyabrın 25-də səfərdə Toqo, 4 gün sonra – ayın 29-da doğma meydanda Əlcəzairlə keçirəcəyi oyunlar üçün açıqlanan siyahıya daxil edilib.
Dəvətə əsasən, forvard sentyabrın 21-dən oktyabrın 6-dək millinin düşərgəsində olacaq.