Araz Naxçıvan ın legioneri: Heç vaxt bu qədər çox şey öyrənməmişdim

26.05.2025

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

Misli Premyer Liqasında 2024/2025 mövsümünü üçüncü pillədə başa vuran və UEFA Konfrans Liqasına vəsiqə qazanan "Araz-Naxçıvan" klubunun futbolçusu Karlos Jabota sosial şəbəkə hesabında paylaşım edib. Sport24.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi komandasının fotosunu paylaşaraq bu sözləri yazıb.
"Düşünürəm ki, bir il ərzində heç vaxt bu qədər şey öyrənməmişdim. Buna görə də hər kəsə, xüsusən Allaha, mənə uzaqdan da olsa dəstəkləyən ailəmə sonsuza qədər minnətdar olacağam".
Qeyd edək ki, braziliyalı oyunçu mövsümün əvvəlində Naxçıvan təmsilçisinə keçib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью