Araz Naxçıvan ın məğlubiyyəti sayəsində Kipr 10 a çatıb

08.08.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"AEK Larnaka"nın Avropa Liqasında evdə "Legiya"ya 4:1 və "Omoniya"nın Bakıda "Araz Naxçıvan"a 4:0 hesabı ilə qalib gəlmələri sayəsində Kipr klublarının bu mövsüm avrokuboklarda qazandıqları qələbələrin sayı 10-a çatıb.

İdman.biz xəbər verir ki, Polşa və İsveç təmsilçiləri də hərəyə 10 oyunda qalib gəliblər.

İslandiya və Ukrayna klubları hazırkı mövsümdə avrokuboklarda hərəyə 7 qələbə qazanıblar.

Azərbaycan və daha 9 ölkənin komandaları hərəyə 6 dəfə qalib gəliblər.

Təmsilçilərimizdən "Qarabağ" 3, "Sabah" 2, "Araz Naxçıvan" isə 1 qələbə qazanıb. Bu nəticə sayəsində ölkəmizin hesabına 1.875 xal yazılıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью