Araz Naxçıvan ın müdafiəçisi Neftçi də

30.05.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanan "Araz-Naxçıvan"da sürpriz yaşanıb.

Oxu.Az "Sportinfo"ya istinadən xəbər verir ki, muxtar respublika təmsilçisi Konfrans Liqasına İqor Ribeyrosuz yollanacaq.

Ötən ilin yayından bəri "ağ-qırmızılar"ın formasını geyinən braziliyalı müdafiəçi klubdan ayrılıb.

Halbuki "Araz-Naxçıvan" cənubi amerikalı ilə bu ilin yanvarında 1.5 illik yeni müqavilə imzalamışdı.

Futbolçu "Neftçi" ilə razılığa gəlib və tərəflər arasında müqavilə imzalanacağı bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью