Araz Naxçıvan ın rəqibi Olimpiakos un sabiq üzvünü transfer etdi

27.06.2025

Icma.az bildirir, Sportal.az portalına istinadən.

Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunda “Araz-Naxçıvan”ın rəqibi olan “Aris” daha bir futbolçunu heyətinə qatıb. 

Sportal.az xəbər verir ki, Saloniki təmsilçisi Yannis Yanniostası transfer edib. 

Yunanıstan millisinin 32 yaşlı sabiq yarımmüdafiəçisi 2011-2013-cü illərdə “Aris”də oynayıb.

O, bu klubun yetirməsidir. Yunan vinger “Fortuna”(Düsseldorf), “Asteras”, “Olimpiakos”, APOEL, “Valyadolid”, AEK, “Apollon”(Limassol), “Apollon”(Smirnis), “Levadiakos” klublarında çıxış edib.

Qeyd edək ki, "Araz-Naxçıvan"  - "Aris" matçları iyulun 24-də və 31-də keçiriləcək.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью