Araz Naxçıvan ın səfər planı bəlli oldu

11.08.2025

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Kiprdə "Omoniya" ilə qarşılaşacaq "Araz-Naxçıvan"ın səfər planı bəllidir.

Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, təmsilçimiz sabah səhər saatlarında Baki - Afina - Larnaka reysi ilə yola düşəcək. Komanda Nikosiyadakı "Hilton" otelində məskunlaşacaq. Avqustun 12-si və 13-ü axşam isə "qırmızı-ağlar" məşqə çıxacaqlar.

"Araz-Naxçıvan" rəqib meydanında dəstəksiz qalacaq. Belə ki, qonaq azarkeşlər üçün sektor ayrılsa da, kluba bu yöndə müraciət edən olmayıb.

Qeyd edək ki, “Omoniya" - "Araz-Naxçıvan” matçı avqustun 14-də, saat 21:00-da Nikosiyada keçiriləcək. Tərəflərin Bakıda reallaşan ilk dueli Kipr komandasının 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью