Araz Naxçıvan ın yeni baş məşqçisi Cavid Hüseynovdu? özü danışdı!

31.05.2026

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Mövsümü 6-cı yerdə başa vuran "Araz-Naxçıvan", gözlənildiyi kimi, baş məşqçisi Andrey Demçenko ilə vidalaşdı. "Qırmızı-ağlar" bu ilin yanvarında "5 ay+1 il" şərtiylə müqavilə imzaladığı ukraynalının xidmətinə ehtiyac duymadı.

Hazırda komandanın yeni baş məşqçisinin kim olacağıyla bağlı müxtəlif versiyalar mövcuddu. Ən cəlbedici iddia Cavid Hüseynovla bağlıdı. Belə ki, gənc mütəxəssislə razılığın əldə olunduğu deyilir.
Qeyd olunanlarla bağlı mövqeyini öyrənmək üçün Cavid Hüseynovla əlaqə saxladıq. Ancaq o, bu barədə danışmaq istəmədi. Xəbərləri nə təsdiq, nə də inkar edən məşqçi bir çox məsələyə təxminən bir həftə sonra aydınlıq gələcəyini dedi.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью