Araz Naxçıvan ın yeni transferi: Yüksək yer uğrunda mübarizə aparan klubun üzvü olmaq xoşd…
Icma.az, Report.az portalına istinadən məlumat yayır. Yüksək yerlər uğrunda oynayan komandanın üzvü olmaq xoşdur.
"Report" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın yeni transferi Əyyub Allaş deyib.
Mərakeş əsilli belçikalı futbolçu bölgə təmsilçisinə keçidi ilə bağlı klubun mətbuat xidmətinə danışıb: "Baş məşqçi Elmar Baxşıyevi "Qəbələ"dən tanıyıram.
Necə məşqçi olduğunu yaxşı bilirəm. Komandamı dəyişmək, özümü yeni klubda sınamaq istəyirdim.
Elmar müəllim məni yenidən öz komandasında görmək istədiyini bildirdi.
Təklif gözlədiyim üçün menecerimlə bunu müzakirə etdik və yenidən Azərbaycana döndüyüm üçün xoşbəxtəm".
Yarımmüdafiəçi "Qəbələ"dən ayrıldıqdan sonra Azərbaycan Premyer Liqasını izlədiyini bildirib: "Azərbaycan çempionatını izləyirdim.
Təklif gəldikdən sonra "Araz-Naxçıvan" barədə məlumat topladım. Komandanın turnir cədvəlindəki mövqeyi onun iddiasından xəbər verir.
Tam oxu
Xəbəri oxu