Araz Naxçıvan kimyaçılar ın qonağıdı

01.02.2025

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Premyer liqanın XXI turunun ikinci oyun gününə Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı komandası "Araz-Naxçıvan"ı qəbul edir.

Ötən tur 3 oyunluq məğlubiyyət seriyasına son qoyan Naxçıvan klubu hazırda 42 xalla ikincidir. Elmar Baxşıyevin komandası lider "Qarabağ"dan 8 xal geri qalır. "Sumqayıt" isə 21 xalla 6-cı yerdədir. 

Cari mövsümdə bu komandalar arasında baş tutan hər iki görüş Baxşıyevin komandasının minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0 .

Qeyd edək ki, tura sabah keçiriləcək "Zirə" - "Qarabağ" oyunu ilə yekun vurulacaq.

Misli Premyer Liqası

III dövrə, XXI tur

18:30. "Sumqayıt" - "Araz-Naxçıvan"

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью