Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Araz-Naxçıvan”ın məşqçilər korpusuna yeni mütəxəssis dəvət olunub.
İdman.Biz xəbər verir ki, bu barədə “Araz-Naxçıvan” Peşəkar Futbol Klubu məlumat yayıb.
Bildirilib ki, təyinat baş məşqçi Andrey Demçenkonun istəyi ilə gerçəkləşib.
39 yaşlı Yevgen Pisotski məşqçi kimi komandaya kömək edəcək. Ukraynalı mütəxəssislə 5 ay + 1 il müddətini əhatə edən müqavilə imzalanıb.
Qeyd edək ki, məşqçilər korpusunda Y. Pisotskiyə qədər Rikkardo De Vivo, Vadar Nuriyev, Əfran İsmayılov və Cəmaləddin Əliyev yer alırdı.