Araz Naxçıvan kubokdakı məğlubiyyətin əvəzini çıxa biləcək?

09.12.2025

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında XIV tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması Mərdəkanda keçiriləcək.

"Araz-Naxçıvan" "Kəpəz"i qəbul edir. Son 5 gündə bu komandalar ikinci dəfə üz-üzə gəlirlər. Ötən həftənin cümə axşamı, ölkə kubokunun 1/8 final mərhələsində Gəncə təmsilçisi naxçıvanlıları mübarizədən kənarlaşdırmaqla yadda qaldılar. Bəs bu dəfə necə olacaq? Elmar Baxşıyevin yetirmələri ötən tur səfərdə "Qəbələ"yə məğlub olub və hazırda 20 xalla turnir cədvəlində 6-cı yerdədir.  "Kəpəz" isə 6 xalla 10-cudur.

Qeyd edək ki, turun dünən keçirilən qarşılaşmalarında "Sabah" "Neftçi"ni (2:0) məğlub edib. "Qəbələ" - "Turan Tovuz" matçı isə 24-cü dəqiqədə qatı duman səbəbindən yarımçıq qalıb.

Misli Premyer Liqası

II dövrə, XIV tur

17:00. "Araz-Naxçıvan" - "Kəpəz"

Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Mərdəkan. "Liv Bona Dea Arena".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью