Araz Naxçıvan la matçdan öncə Ayxan Abbasovu bu məqam sevindirir

19.12.2025

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

Misli Premyer Liqasının 16-cı turunda "Araz-Naxçıvan"ın qonağı olacaq "Şamaxı"nın heyəti ilə bağlı son vəziyyət bəlli olub.

Bu barədə Fanat.Az-a "aslanlar"ın sözçüsü Yusif Hüseynli məlumat verib:

"Nə cəzalı oyunçu var, nə də zədəli. Artıq rumıniyalı legioner Andrey Tirkoveanu da sıraya dönüb. Komanda "Araz-Naxçıvan"la səfər qarşılaşmasına tam heyətlə hazırlaşır".

Qeyd edək ki, "Araz-Naxçıvan" - "Şamaxı" matçı dekabrın 21-də keçiriləcək. Mərdəkandakı "Liv Bona Dea Arena"da reallaşacaq görüşün start fiti 17:30-da səsləndiriləcək.

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью