Araz Naxçıvan legionerini saxlaya biləcək? EKSKLÜZİV

13.10.2025

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Burkina fasolu futbolçu İssuf Paro mövsümün sonunda "Araz-Naxçıvan"dan ayrıla bilər. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Mərkəz müdafiəçisinin hazırkı müqaviləsi mövsümün sonunda başa çatacaq.
Avropanın bir neçə klubu oyunçu ilə maraqlanır. Naxçıvan təmsilçisi də Paronu heyətdə saxlamağı düşünür. Lakin onun komandadakı taleyi hələlik bəlli deyil.
Qeyd edək ki, İssuf Paro cari mövsüm 7 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, 408 dəqiqə meydanda olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью