Araz Naxçıvan lideri qonaq edir

08.03.2025

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Misli Premyer Liqasının XXVI tura start veriləcək. Sport24.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.  

"Araz-Naxçıvan" "Qarabağ"ı qəbul edəcək. 

Aktivində 60 xal olan ağdamlılar liderdilər. Son 5 turda qələbə qazana bilməyən Naxçıvan təmsilçisi isə 46 xalla turnir cədvəlində üçüncüdür. 

Cari mövsüm bu komandaların qarşıdurmalarında "Qarabağ"ın üstünlüyü var. İlk dövrədə rəqibini 4:1 hesabı ilə hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası ikinci görüşdə də 3 xalı 2 cavabsız qolla qazanıb. 

Qeyd edək ki, turun digər oyunları martın 9-da və 10-da keçiriləcək. 

Misli Premyer liqası

III dövrə, XXVI tur

19:00. "Araz-Naxçıvan" - "Qarabağ"

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Fərid Hacıyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Mərdəkan. "Liv Bona Dea Arena".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью