“Araz Naxçıvan” Naxçıvana gedəcək

01.09.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” Naxçıvan Muxtar Respublikasına səfər edəcək.

Futbolpress.az xəbər verir ki, oktyabrın 6-da yola düşəcək əsas komandanın futbolçuları və məşqçi heyəti ertəsi gün Naxçıvanda ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət edəcəklər.

Saat 11:00-da isə Naxçıvan Muxtar Respublika stadionunda azarkeşlərlə görüş olacaq, onlara toplar və formalar hədiyyə olunacaq, eyni zamanda akademiyanın futbolçuları ilə əyləncə xarakterli oyun keçiriləcək.

Tədbirin sonunda imza günü təşkil olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью