“Araz Naxçıvan” Polşa klubu ilə üz üzə

30.10.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Araz-Naxçıvan” futzal komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinin V qrupunda bu gün son oyununu keçirəcək.

Futbolpress.az xəbər verir ki, Naxçıvan təmsilçisi Polşa çempionu “Piast”la üz-üzə gələcək.

Görüş Polşanın Qlivise şəhərindəki “Prezero Arena”da, saat 22:00-da start götürəcək.

İlk oyunda Macarıstanın “Uypeşt” komandasına 5:4 hesabı ilə qalib gələn Azərbaycan çempionu II turda Bosniya və Herseqovina təmsilçisi “Buba Mara”ya uduzub – 3:5.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью