Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Yeni mövsümə hazırlıqlarını Bakıda davam etdirən “Araz-Naxçıvan” bu gün növbəti yoxlama oyununa çıxacaq.
Futbolpress.az xəbər verir ki, Andrey Demçenkonun rəhbərlik etdiyi kollektiv “Qəbələ” ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq görüşə saat 15:00-da start veriləcək.
“Araz-Naxçıvan” ilk sınaq matçında əvəzedici komandasına qalib gəlib – 7:0. “Qəbələ” isə “Kəpəz”i məğlub edib – 3:1.