Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Araz-Naxçıvan"ın Misli Premyer Liqasının XIX turunda "Sabah"la matçda (1:4) meydana gec çıxmasının səbəbi müəyyənləşib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Report"un sorğusuna Naxçıvan klubunun mətbuat xidmətindən cavab verilib.
Gecikməyə öyunöncəsi iclas zamanı vaxta diqqət edilməməsi səbəb olub. Bu səbəbdən komanda meydana gec çıxıb.
Qeyd edək ki, fevralın 8-də keçirilən "Sabah" – "Araz-Naxçıvan" oyunu Naxçıvan təmsilçisinin meydana gec çıxması səbəbindən gec başladığı üçün klub AFFA İntizam Komitəsi tərəfindən 3000 manat cərimələnib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin