“Araz Naxçıvan” “Sabah” matçına doğru: iki klubda da ciddi itkilər

03.05.2025

Icma.az xəbər verir, Idmanxeber.az saytına əsaslanaraq.

Misli Premyer Liqasının XXXIII turunda “Araz Naxçıvan” “Sabah”ı qəbul edir.

İdmanxeber.az-ın məlumatına görə, Bakı klubunda oyun öncəsi ciddi itkilər var. Coy-Lens Mikels, Kahim Parris və Amin Seydiyev zədə səbəbindən bu görüşdə iştirak etməyəcək.

Naxçıvan klubunda itkilər var. Mustafa Əhmədzadə, Ayyub Allaş və Ramin Nəsirli zədəli olduqları üçün “Sabah”a qarşı oynamayacaq. Cəzalı Urfan Abbasov da görüşü kənardan izləyəcək.

“Sabah” – “Araz Naxçıvan” oyunu bu gün saat 20:00-da start götürəcək. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью