“Araz Naxçıvan” “Səbail”ə, “Qarabağ” “Sabah”a qarşı YENİLƏNİR

22.02.2025

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Bu gün Azərbaycan Premyer Liqasında XXIV turun növbəti oyunları keçiriləcək.

Futbolpress.az xəbər verir ki, ikinci oyun günündə iki matç baş tutacaq.

Günün ilk oyununda “Araz-Naxçıvan” “Səbail”lə üz-üzə gələcək.

Günün və turun mərkəzi görüşündə isə lider “Qarabağ” “Sabah”la münasibətlərinə aydınlıq gətirəcək.

Azərbaycan Premyer Liqası
XXIV tur

22 fevral

16:00 Araz-Naxçıvan – Səbail
Baş hakim: Fərid Hacıyev
“Liv Bona Dea Arena”

19:00 Qarabağ – Sabah
Baş hakim: Əliyar Ağayev
Tofiq Bəhramov adına Respublika stadionu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью