“Araz Naxçıvan” səfərə kimlərlə yollandı?

25.10.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” bu gün Bakı-İstanbul-Varşava hava reysi ilə Polşaya yollanıb.

Futbolpress.az xəbər verir ki, Futzalçılarımız hava limanından oyunların keçiriləcəyi Qlivise şəhərinə avtobusla gedəcək.

Təmsilçimiz iştirak ərizəsini artıq UEFA-ya təqim edib. Komandanı oyunlara çıxaracaq məşqçi Fərid Ələkbərovun sərəncamında 14 futzalçı olacaq. Onlardan yalnız biri legioner, qalanı isə yerli oyunçulardır.

Qapıçılar: Emin Kürdov, Cavad Məmmədov

Oyunçular: Kənan Manafov, Murad Quluzadə, Oktay Rüstəmli, Novruz Kazıxanov, Nurlan Məmmədov, Ədalət Ələkbərov, Eldar Zeynalov, Ülvi Əliyev, İaqo Henrique, Tofiq Mikayılov, Rəvan Məşiyev, Oqtay Mahmudzadə

Qeyd edək ki, təmsilçimiz oktyabrın 27-də Macarıstanın “Uypest”, ertəsi gün Bosniya və Herseqovinanın “Buba Mara” komandaları ilə qarşılaşacaq. “Qırmızı-ağlar” qrupda son görüşünü oktyabrın 30-da “Piast”a qarşı keçirəcək.

V qrupun oyunları Polşanın Qlivise şəhərindəki “Prezero Arena”da keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью