“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

17.07.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

“Sabah” “Liv Bona Dea Arena”nı Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümü üçün ehtiyat stadion kimi təqdim edib. 
Bizim.Media xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov jurnalistlərə açıqlama verib. 
O, komandanın ev oyunlarını bu stadionda keçirə biləcəyini söyləyib. “Araz-Naxçıvan” isə ev oyunlarını keçirəcəyi stadionla bağlı problem yaşayır.
Bunu da Elgiz Abbasov jurnalistlərə açıqlayıb: 
“Araz-Naxçıvan” stadion seçimi məsələsində problem yaşayır. Variantlar üzərində çalışırlar. Klubdan bizə hələlik bununla bağlı rəsmi müraciət gəlməyib”, – o vurğulayıb.
Xatırladaq ki, Premyer Liqada yeni mövsümə avqustun 14-də start veriləcək.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью