Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
"Araz-Naxçıvan" komandası Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümündə ev oyunlarını keçirəcəyi stadionla bağlı problem yaşayır. Sport24.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov jurnalistlərə açıqlama verib.
"Araz-Naxçıvan" stadion seçimi məsələsində problem yaşayır. Variantlar üzərində çalışırlar. Klubdan bizə hələlik bununla bağlı rəsmi müraciət gəlməyib", - o vurğulayıb.
Xatırladaq ki, Premyer Liqada yeni mövsümə avqustun 14-də start veriləcək.