Araz Naxçıvan Suraxanıda bürünc ü rəsmiləşdirə bilər

11.05.2025

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

Misli Premyer Liqasının 34-cü turuna Suraxanıda yekun vurulur. Sport24.az xəbər verir ki, "Azersun Arena"da keçiriləcək matçda "Qarabağ" "Araz-Naxçıvan"ı qonaq edir.

Ağdamlılar çempionluğu rəsmiləşdirdiyindən bu matç Qurban Qurbanovun komandası üçün formal xarakter daşıyır. Naxçıvan təmsilçisi isə "bürünc" uğrunda mübarizə aparır. Elmar Baxşıyevin yetirmələri ağdamlılardan 1 xal qopa bilsə belə üçüncü yeri təmin edəcək.

Qeyd edək ki, oyunun start fiti saat 20:00-da səslənəcək.

Misli Premyer Liqası

IV dövrə, XXXIV tur

20:00. "Qarabağ" - "Araz-Naxçıvan"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Nəriman Axundov
Bakı. "Azersun Arena".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью