Araz Naxçıvan Tovuz səfərində

16.02.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Misli Premyer Liqasının XXIII turu davam edir. Sport24.az xəbər verir ki, 23-cü oyun həftəsinin ikinci günündə daha iki qarşılaşma baş tutacaq.

Günün ilk qarşılaşması Tovuzda keçiriləcək. "Turan Tovuz" "doğma divarlar" arasında "Araz-Naxçıvan"ı qəbul edir. Hər iki komanda üçün bu oyunun əhəmiyyəti böyükdü.

"Boz qurdlar" ilk "üçlük"dən uzaq düşməmək üçün meydandan qələbə ilə ayrılmaq  məcburiyyətindədi. Qonaqlar da artıq "Zirə"nin nəfəsini kürəyində hiss etdiyindən səfərdn xal və ya xallarla qayıtmağı düşünür.

Qeyd edək ki, Əliyar Ağayevin idarə edəcəyi oyunun start fiti saat 16:00-da səslənəcək.

Misli Premyer Liqası

III dövrə, XXIII tur

16:00. "Turan Tovuz" - "Araz-Naxçıvan" 

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Seymur Səlimli
Tovuz şəhər stadionu,

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью