“Araz Naxçıvan” Türkiyə klubuna darmadağınla qalib gəlib

09.07.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 9 iyul, AZƏRTAC

Türkiyənin Ərzurum şəhərində yeni mövsümə hazırlıqlarını davam etdirən “Araz-Naxçıvan” ilk yoxlama oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, Elmar Baxşıyevin başçılıq etdiyi komanda yerli “Bayburtspor”la qarşılaşıb. Matç Muxtar Respublika təmsilçisinin 14:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ramon Maçadonun poker, Patrik Andrade, Ülvi İsgəndərov və Çarles Bolinin dubl etdiyi matçda digər qolları Ba-Muaka Simakala, Elçin Mustafayev, Felipe Santos və Bar Koen vurublar. Baş məşqçi E. Baxşıyev meydana iki fərqli heyət buraxıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” klubu iyulun 11-də “Alanyaspor”, 17-də isə “Trabzonspor”la üz-üzə gələcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью