Araz Naxçıvan üçün bürünc oyunu

17.05.2025

Icma.az bildirir, sport24.az portalına istinadən.

Bu gün Misli Premyer Liqasında 35-ci tura start veriləcək. Sport24.az xəbər verir ki, 3 və 4-cü yerlərin sahiblərinin müəyyənləşməsi baxımından bütün görüşlər eyni saatda başlayacaq.

Hazırda 55 xalla ilk "üçlük"də yer alan "Araz-Naxçıvan" səfərdə "Şamaxı" ilə üz-üzə gələcək. Elmar Baxşıyevin komandası qədim Şirvan dövlətinin paytaxtından 1 xalla dönəcəyi halda belə "bürünc"ü təmin edəcək.

Qeyd edək ki, bu komandalar arasında cari mövsümdə baş tutan əvvəlki 3 matçın 2-də Naxçıvan təmsilçisi qalib gəlib. 1 görüş isə heç-heçə başa çatıb. 

Misli Premyer Liqası

IV dövrə, XXXV tur

17:00. "Şamaxı" - "Araz-Naxçıvan"

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Şamaxı. Şəhər stadionu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью