Icma.az bildirir, Qaynarinfo portalına istinadən.
“Araz Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşib.
Qaynarinfo Aut.az-a istinad'nxəbər verir ki, Naxçıvan təmsilçisi Yuri Maksimovla anlaşıb.
Ukraynalı mütəxəssis bu postda istefaya göndərilən Cavid Hüseynovu əvəzləyəcək.
Qeyd edək ki, Yuri Maksimov əvvəllər Azərbaycanda çalışıb. O, 25 dekabr 2017-ci ildə Bakının “Keşlə” (indiki “Şamaxı”) klubunun baş məşqçisi təyin edilib. Komanda daxili çempionatda çətin günlər keçirsə də, Maksimov 2017/2018 mövsümündə Azərbaycan Kubokunu qazanıb və 2018-ci ilin iyulunda klubdan ayrılıb.