Araz Naxçıvan Uypest oyununun təyinatları açıqlanıb

26.10.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinin V qrupunda keçiriləcək "Araz-Naxçıvan" - "Uypest" (Macarıstan) oyununun təyinatları açıqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, matçın hakimləri Viktor Çeyx (Fransa), Sergey Saçmans (Latviya) və İqor Yaçevic (Latviya) olacaq.

Dominik Lorke (Polşa) "timekeeper", Sven Eyxler (Almaniya) hakim-inspektor, Marina Kirilyuk (Ukrayna) UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qarşılaşma oktyabrın 27-də, Polşanın Qlivitse şəhərindəki "Prezero Arena"da, Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью