Araz Naxçıvan yeni baş məşqçini ictimaiyyətə təqdim etdi

23.09.2026

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Araz-Naxçıvan" baş məşqçi postuna Yuri Maksimovu təyin edib. Sport24.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Ukraynalı mütəxəssislə anlaşma 2026-2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

O, bu postda Cavid Hüseynovu əvəzləyib.

Qeyd edək ki, Y. Maksimov müxtəlif illərdə "Vorskla", "Dnepr-1", "Polose", "Taraz", "Mordoviya", "Metallurq", "Krivbass", "Obolon", ÇSKA (Kiyev) komandalarında baş məşqçi vəzifəsində çalışıb. 58 yaşlı mütəxəssis 2017-ci ilin dekabrından 2018-ci ilin iyuluna qədər "Keşlə" (indiki "Şamaxı") klubunun baş məşqçisi olub, Azərbaycan Kubokunu qazanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью