Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasında 10-cu tur davam edir.
QOL.az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.
“Araz-Naxçıvan” Şamaxıda “Zirə”ni qəbul edəcək.
“Qəbələ” isə doğma divarlar arasında “Qarabağ”ı sınağa çəkəcək. Ağdam klubu bu matçda qalib gəlsə, ən azı bir günlüyünə liderliyə yüksələcək.
Misli Premyer Liqası
X tur
31 oktyabr (şənbə)
15:00. “Araz-Naxçıvan” - “Zirə”
Hakimlər: Elvin Bayramov, Rəhman İmami, Rahil Ramazanov, Ruslan Quliyev, Əliyar Ağayev (VAR), Zeynal Zeynalov (AVAR)
Şamaxı şəhər stadionu
17:30. “Qəbələ” - “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nazim Abdullayev, Cavid Cəlilov (VAR), Kamran Bayramov (VAR)
Qəbələ şəhər stadionu
1 noyabr (bazar)
15:00. “Şamaxı” - “Neftçi”
17:30. “Kəpəz” - “İmişli”
2 noyabr (bazar ertəsi)
19:00. “Sumqayıt” - “Şəfa”
30 oktyabr (cümə)
“Turan Tovuz” - “Sabah” - 3:2
Bombardirlər:
Breno Almeyda ("Neftçi") - 8 qol
Coy-Lens Mikels ("Sabah") - 6 qol
Aleksey Kaşuk ("Qarabağ") - 4 qol
Joarlem Santos ("Turan Tovuz") - 4 qol