Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Araz-Naxçıvan” futbol klubunun məşqçi və futbolçu heyəti üçün hakimlik qaydaları ilə bağlı seminar təşkil olunub.
İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, seminarda AFFA Hakimlər Komitəsinin üzvü, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev və komitənin təhsil məsələləri üzrə eksperti, sabiq FIFA referisi Orxan Məmmədov iştirak ediblər.
Tədbir zamanı komitə nümayəndələri hakim idarəçiliyində tətbiq olunan yeni qaydalar barədə ətraflı məlumat veriblər. Həmçinin oyunlar zamanı verilmiş yanlış hakim qərarlarını əks etdirən videoçarx nümayiş olunub.
Seminarın sonunda futbolçu və məşqçiləri maraqlandıran suallar cavablandırılıb.