“Araz Naxçıvan”dan ayrılan hücumçu Belçika klubunda

16.07.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Araz-Naxçıvan”dan ayrılan Ba-Muaka Simakalanın yeni klubu məlum olub.

Futbolpress.az xəbər verir ki, alman hücumçu Belçika təmsilçisi “Eupen”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçu ötən mövsüm “Araz-Naxçıvan”la 34 oyunda 9 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью