“Araz Naxçıvan”dan ayrılan Ramon Maçado yeni təklif gözləyir

23.06.2026

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Araz-Naxçıvan"dan ayrılan Ramon Maçado gələcək karyerası ilə bağlı fikirlərini bölüşüb. Bu barədə Sport24.az-a danışan braziliyalı hücumçu klubla müqaviləsinin başa çatdığını və qarşı tərəfin onunla yeni müqavilə imzalamadığını bildirib.

O, ötən mövsümün əvvəlində aldığı zədənin oyununa mənfi təsir etdiyini desə də, buna baxmayaraq bir neçə qol vurduğunu qeyd edib.

"Sambaçı" vurğulayıb ki, komandanın əsas məqsədi avrokuboklara vəsiqə qazanmaq idi. Lakin hədəfə çatmaq mümkün olmayıb və bu, hamı üçün məyusedici nəticə olub.

Futbolçu gələcək karyerası ilə bağlı hələlik heç bir rəsmi təklif almadığını da bildirib. Onun sözlərinə görə, indiyədək yalnız ilkin danışıqlar aparılıb və hazırda rəsmi təkliflər gözləyir.

Qeyd edək ki, Ramon Maçado ölkəmizdə "Araz-Naxçıvan"la yanaşı "Qəbələ"nin formasını geyinib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью