“Araz Naxçıvan”ın baş məşqçisi məğlubiyyətin səbəbini açıqladı

20.09.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının altıncı turunda “Şamaxı” ilə keçirilən oyundan (2:1) sonra “Araz-Naxçıvan”ın baş məşqçisi Zaur İsmayılov mətbuat konfransında komandasının çıxışını dəyərləndirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis ilk hissədə müdafiədə buraxılan səhvlərin nəticəyə ciddi təsir etdiyini bildirib.

“Birinci hissədə müdafiədə iki kobud səhvə yol verdik. Ondan sonra da qapımızda penaltilər gördük. Birinci penalti bir az mübahisəlidir. Baş hakim qərar verdi, sonra VAR-dan çağırdılar, epizoda çox baxdı. Yəqin ki, qapıçımız əvvəlcə topu çıxarır, ikinci epizodda isə toxunuşun olub-olmadığına baxırdılar. Birinci epizod mübahisəli idi, amma ikinci epizodda penalti var idi”, - deyə İsmayılov bildirib.

Baş məşqçi komandasının əvvəlki oyunlarda da oxşar səhvlərə yol verdiyini vurğulayıb:

“Arxada qalan oyunlara baxsaq, hər dəfə müdafiədə kobud səhvlərimiz olub. Fasilədə bunlar üzərində işləyəcəyik. Hücumda da yaranan epizodlardan istifadə etmək lazımdır. Çatışmazlıqları minimuma endirməliyik”.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью