“Araz Naxçıvan”ın baş məşqçisi rəsmən açıqlandı

16.06.2026

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Araz-Naxçıvan" rəhbərliyi baş məşqçi vəzifəsinə Cavid Hüseynovu təyin edib. Sport24.az xəbər verir ki, mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Futbolçu kimi müxtəlif illərdə "Turan", MOİK, "Olimpik", "İnter", "Neftçi", "Bakı", "Qəbələ", "Zirə", Türkiyənin "Adana Demirspor" klublarının, həmçinin Azərbaycanın U-19, U-21, əsas millisinin formasını geyinmiş C. Hüseynov məşqçi kimi "Şamaxı" klubunda fəaliyyətə başlayıb. "Cəbrayıl", "Turan Tovuz" klublarında da çalışan 38 yaşlı mütəxəssis bir müddət "Səbail"in də baş məşqçisi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью