“Araz Naxçıvan”ın braziliyalı futbolçusu zədədən sonra fərdi məşqlərə başlayıb

09.09.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 9 sentyabr, AZƏRTAC

“Araz-Naxçıvan”ın bir müddətdir zədə səbəbindən oyunlarda iştirak etməyən futbolçusu Roman Maçadonun durumuna aydınlıq gəlib.

Klubdan AZƏRTAC-a bildirilib ki, 34 yaşlı oyunçu artıq fərdi məşqlərə başlayıb. O, fiziki hazırlıq üzrə məşqçi Teodor Terziyevin rəhbərliyi altında tapşırıqları yerinə yetirir.

Qeyd edək ki, Misli Premyer Liqasının IV turunda “Kəpəz”lə qarşılacaq muxtar respublika təmsilçisi hazırlığını Bakı Olimpiya Stadionunun ehtiyat meydanında davam etdirir. Sentyabrın 12-də Qəbələ şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Araz-Naxçıvan” görüşü saat 17:45-də başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью