“Araz Naxçıvan”ın iki futbolçusu “Qarabağ”la oyundan öncə zədəsini sağaldıb

21.04.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 21 aprel, AZƏRTAC

“Araz-Naxçıvan” komandasının iki zədəli futbolçusu Bəxtiyar Həsənalızadə və Miço Kuzmanoviç məşqlərə qoşulublar.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, oyunçular Naxçıvan təmsilçisinin bugünkü hazırlıq prosesində iştirak ediblər.

Hər iki futbolçunun Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Qarabağ"la qarşı cavab matçında oynayıb-oynamayacağı isə oyun günü məlum olacaq.

Qeyd edək ki, aprelin 23-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Araz-Naxçıvan" oyunu saat 17:00-da başlayacaq. İlk görüşdə Naxçıvan təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью